Scrum Master olmaq istəyirsiniz, lakin nədən başlayacağınızı bilmirsiniz? O zaman bu məqalə Sizin üçündür. Bu peşənin sahibi ola bilmək üçün tələb olunan 5 ən vacib qabiliyyət haqqında məlumat verəcəyik!1. Scrum Framework barədə biliklər:Hər şey buradan başlayır. Scrum nə olduğunu, seremoniyalarını, alətləri, rolları və bunların nə üçün lazım olduğunu öyrənməyiniz lazımdır. Lakin bununla işlər bitmir, eyni zamanda Scrum dəyər və prinsiplərini də dərk etmək, onları qəbul etmək və yaşatmaq lazımdır. Unutmayaq ki, Scrum empirizmə əsaslanır, yəni təcrübələrdən öyrənərək davamlı olaraq inkişaf etmək fəlsəfəsinə. Bütün bu biliklər Sizə məhsullarınızın inkişaf proseslərini effektiv idarə etməyə, çətinliklərin öhdəsindən gələrək komandanı inamla və qətiyyətlə hədəfə çatdırmağa imkan verəcəkdir.2. Kommunikasiya qabiliyyətiScrum Master gününün böyük hissəsini komanda və onun ətrafında olan insanlarla keçirir. Belə bir ortamda Scrum Master-in güclü kommunikasiya qabiliyyəti ona məlumatı dəqiq və aydın çatdırmağa, konstruktiv dialoq aparmağa, fikrini əsaslandırmağa və komandanı motivasiya verməklə ilhamlandırmağa beləliklə də effektiv şəkildə hədəflərə çatmağa kömək edəkdir.3. Fasilitasiya qabiliyyətiScrum Master komandanın bütün seremoniyalarında, digər bir çox görüşlərində iştirak edir. Scrum Master bu görüşlərin maksimal şəkildə effektiv keçirilməsinə kömək edir. Necə? Həmin görüşləri fasilitasiya edərək, yəni görüşü təşkil edərkən həmin görüşün agendasını, iştirakçılarını və ən əsası həmin görüşdən gözlənti və yekun əldə ediləcək nəticəni dəqiq və aydın müəyyən etməkdən başlayaraq həmin görüşləri əvvəlcədən təyin edilmiş hədəfə çatması üçün düzgün idarə edərək görüşdə iştirak edən hər iştirakçının fəal iştirakını təmin etməklə.4. Problemləri həll etmə qabiliyyətiDüşünə bilərsiniz ki, biz hamımız gündəlik olaraq işimizdə qarşımıza çıxan müxtəlif problemləri həll edirik, bəs niyə Scrum Master üçün bu xüsusi qabiliyyət tələb edir? Cavab isə sadədir, Scrum Master öz işində qarşısına çıxan problemləri həll etməklə yanaşı, çalışdığı komandanın iş prosesində qarşısına çıxan problemləri, maneələri aradan qaldırmaqda komandaya kömək edir. Bunun üçün isə vəziyyəti obyektiv qiymətləndirmək, problemin sadəcə görünən səbəblərini deyil, əsas və real səbəblərini müəyyən edə bilmək və ən əsası isə sürətli, düzgün, effektiv həll üsulu seçməkdə komandaya dəstək olmaq lazımdır.5. Liderlik qabiliyyətiScrum Master - Scrum Framework-da müəyyən edilmiş 3 roldan biridir və çox vacib roldur. Səbəb isə onun yuxarıda sadalanan qabiliyyətlərdən savayı liderlik qabiliyyətinin olmasıdır. Scrum Master komandaya nə edəcəyini deyən yox, ona istiqamət verən, onun effektiv işləməsinə xidmət göstərən liderdir. Bunun üçün Scrum Master yüksək emosinal intellektə sahib olaraq komanda üzvlərini eşidib, onları anlayaraq, komanda daxilində inam, qarşılıqlı əməkdaşlıq dəyərlərini yaratmaqla, onu motivasiya edərək mümkün ola biləcək maksimum potensialını kəşf etməsinə şərait yaradır. Liderlərə xas olduğu kimi davamlı inkişaf etməyə, öyrənməyə və dəyişikliklərə açıqdır, hətta bununla yanaşı dəyişikliklərə liderlik edərək komandaya dəyişikliyin gətirə biləcəyi qeyri-müəyyənliklərin üstəsindən gəlməsi üçün ona yol göstərir.