Rəqəmsal məhsullar proqramlaşdırma kodu ilə yaradılan aktivlərdir və onlarla əlaqədə olan son istifadəçiyə müəyyən fayda və ya dəyər təklif edir. Bu aktivlər mobil, masaüstü, veb tətbiqlər, rəqəmsal göstərici lövhələr və idarəetmə tətbiqləri daxil olmaqla bir çox şeyi əhatə edir.Bir proqram təminatı aşağıdakı meyarlara cavab verirsə rəqəmsal məhsul hesab edilə bilər: Müəyyən istifadəçi ehtiyacını təmin edən həll yolu və ya xidmət təmin edir. Müştəri mərkəzli yanaşma ilə inkişaf etdirilir, yəni proqram, istifadəçinin ehtiyacları və istəkləri nəzərə alınaraq dizayn edilir və inkişaf etdirilir. Davamlı inkişafını və işləkliyini təmin etmək üçün çəklilən xərclərin qarşılığında gəlir gətirən aydın dəyər təklifi və gəlir modelinə malikdir.Rəqəmsal məhsulların bəzi üstünlükləri: Artan səmərəlilik və məhsuldarlıq Ənənəvi məhsul inkişafına nisbətən xərclərin azalması İstifadəçilərə uyğun fərdiləşdirmə imkanları Daha geniş auditoriyaya çatmaq imkanı Dəyərli məlumatların toplanması və təhlili imkanı Yaxşılaşdırılmış müştəri təcrübəsi və məmnuniyyəti Artan tələbatı qarşılaya biləcək qədər biznesin genişləndirilməsi imkanı Dəyişən bazar trendlərinə və istifadəçi ehtiyaclarına uyğunlaşmaq üçün daha böyük elastiklikRəqəmsal məhsulun həyat dövrünə qısa bir baxışHər bir məhsul bazarda müəyyən bir dövr ərzində fəaliyyət göstərir ki, bu da məhsulun həyat dövrü olaraq adlandırılır. Rəqəmsal məhsulun həyat dövrü dörd əsas mərhələdən ibarətdir: təqdimat, böyümə, yetkinlik və azalma.• Təqdimat mərhələsi məhsulun bazara ilk daxil olduğu zamandır.• Böyümə mərhələsi məhsulun bazar tərəfindən qəbul edilməsinin artmaqda olduğu zamandır. • Yetkinlik mərhələsi satışların artım sürətinin azalması və məhsulun bazarın doyma nöqtəsinə çatması ilə xarakterizə olunur, məhsulun daha çox stabil dövrüdür. • Azalma mərhələsi satışların, istifadəçilərin azalması və bazarda daha yaxşı alternativlərlə məhsulun əvəz olunması ilə işarələnir.Rəqəmsal məhsulun həyat dövrünün dərindən başa düşülməsi və planlaşdırılması: Şirkətlərə daha hədəfli və effektiv bazar araşdırmaları aparmağa kömək edir. Məhsul dizaynerlərinə bazarın dəyişən ehtiyaclarına uyğunlaşa biləcək şəkildə məhsulu necə dizayn etmələri barədə yol göstərir. Proqramçı komandalarına həyat dövrünün müxtəlif mərhələləri zamanı yarana biləcək potensial problemləri müəyyənləşdirməyə kömək edir ki, məhsulu inkişaf etdirərkən bütün bu məqamları nəzərə ala bilsinlər.